Smart saat Amazfit T-Rex 2

Город

Баку

Тип товара

Смарт часы

Марка

Другое

Доставка?

Да

Amazfit T-Rex 2 saatımı satıram. Tam işlək vəziyyətdədir. Heç bir cızığı, zədəsi yoxdur, yeni kimidir. Həm şəhər daxili gündəlik istifadə, həm də aktiv idman üçün mükəmməl cihazdır. Üstünlükləri və Xüsusiyyətləri: Dözümlülük: 15 hərbi standart (MIL-STD-810G) sertifikatına malikdir (şoka, istiyə və soyuğa dözümlüdür, +70°C isti və -40°C kəskin şaxtada işləmə qabiliyyətinə malikdir.) Batareya: Çox güclü batareyası var, adi istifadədə 21 günə qədər saxlayır; (Always On Display + daimi telefona qoşulu 10 gün) Ekran: Parlaq 1.39" AMOLED ekran (günəş altında əla görünür); GPS və Naviqasiya Dual-Band & 5 Satellite: 5 müxtəlif peyk sistemi ilə əlaqə qurur və iki diapazonlu GPS sayəsində binaların çox olduğu və ya sıx meşəlik ərazilərdə belə mövqeyi dəqiq təyin edir. Marşrut idxalı: Saatın içinə marşrut faylları yükləyib (Route Import), ekran vasitəsilə naviqasiya edə bilərsiniz. (Şəkillərdən baxa bilərsiz, Bazardüzü zirvəyə gedən yolun xəritəsini yükləmişdim) Suya davamlılıq: 10 ATM (100 metrə qədər). Vəziyyəti: Qutusu və original doldurma (zaryadka) kabeli mövcuddur. Proqram təminatı ən son versiyaya yenilənib.

47512396

Просмотры: 1

160